Böyük Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb
Region
- 25 sentyabr, 2025
- 11:20
Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstan XİN-ə çağırılıb.
Bu barədə "Report" Gürcüstan mediasına istinadən xəbər verir.
Digər təfərrüatlar hələlik açıqlanmayıb.
Uord XİN binasına daxil olmazdan əvvəl şərh verməkdən imtina edib.
Xatırladaq ki, dünən Gürcüstan XİN-ə Almaniya səfiri də çağırılmışdı. Ona izah edilmişdi ki, Gürcüstanın daxili işlərinə qarışmamalıdır. Gürcüstan hakimiyyətinin nümayəndələri bəyan edirlər ki, bir sıra dövlətlərin səfirləri açıq şəkildə Gürcüstanda oktyabrda inqilabi proseslər hazırlayan radikal müxalifəti dəstəkləyirlər.
Son xəbərlər
09:16
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:11
Paşinyan Rusiyaya yola düşüb
Region09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2026)
Maliyyə09:08
Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb
Futbol08:59
Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib
Region08:35
Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Sevincimi ifadə edə bilmirəm
Daxili siyasət08:09
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:57
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
Hadisə07:43