Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
Hadisə
- 06 iyul, 2026
- 07:57
Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
00:08
Azərbaycan güləşçisi Hacı Kərimov Avropa çempionu olub
Fərdi00:00
Tovuz döyüşlərindən 6 il ötür
Hərbi23:53
CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Digər ölkələr23:32
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
Digər ölkələr23:15
Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Digər ölkələr22:58
AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Digər ölkələr22:49
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
Digər ölkələr22:26
Nigeriyada qaçırılan 44 şagird və müəllim azad edilib
Digər ölkələr22:14
Video