Bosfor boğazında iki gəmi toqquşub, xəsarət alanlar var
Region
- 20 sentyabr, 2025
- 00:34
Bosfor boğazında Türkiyənin sərnişin gəmisi Panama bayraqlı yük daşıyıcı gəmi ilə toqquşub. Hadisə nəticəsində 12 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 21:30 radələrində baş verib. Heç kim dənizə düşməyib. Hadisə yerinə yüksək sürətli xilasetmə qayıqları göndərilib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sahil Mühafizəsi dəyən ziyanı qiymətləndirmək üçün yük daşıyıcısını təhlükəsiz əraziyə yedəkləyib. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, ətraf mühitin çirklənməsinin qarşısı alınıb.
Sahil Mühafizə Xidməti hadisənin nəticələrini aradan qaldırır.
Son xəbərlər
01:07
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Digər ölkələr00:58
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Futbol00:42
Pentaqon Yaxın Şərqdəki "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini geri çağırır
Digər ölkələr00:11
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
Energetika00:05
XTQ-nin yaradılmasından 27 il ötür
Hərbi00:00
ADNA-da törədilən terror aktından 17 il ötür
Hadisə23:46
Pauell FES rəhbəri vəzifəsindən getdikdən sonra Rəhbərlər Şurasında qalacaq
Digər ölkələr23:30
Tramp: BƏƏ-nin OPEC-dən çıxması yanacağın ucuzlaşmasına kömək edəcək
Digər ölkələr23:18