Maqnus Karlsen ilk dəfə keçirilən şahmat növündə dünya çempionu olub
Fərdi
- 16 fevral, 2026
- 10:47
Maqnus Karlsen
Norveçli Maqnus Karlsen Almaniyanın Vaysenhauz şəhərində keçirilən Fişer şahmatı üzrə dünya çempionatının qalibi olub.
"Report" xəbər verir ki, Karlsen FİDE-nin himayəsi altında ilk dəfə təşkil olunan bu növ üzrə mundialın finalında amerikalı Fabiano Karuana ilə qarşılaşıb.
Görüş skandinaviyalı qrossmeysterin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Bürünc medal uğrunda oyunda isə özbəkistanlı Nodirbek Abdusattorov almaniyalı Vinsent Kaymerə eyni hesabla qalib gəlib.
Bununla da M.Karlsen karyerasında 21-ci dünya çempionluğunu qazanıb. 35 yaşlı şahmatçının hesabında həmçinin klassik şahmatda 5, blitsdə 9 və rapiddə 6 dünya çempionluğu var.
Son xəbərlər
12:36
Sabahın hava proqnozu açıqlanıb
Ekologiya12:36
Naxçıvanda kənd təsərrüfatı istehsalı cüzi artıb
ASK12:32
Naxçıvanın xarici ticarət dövriyyəsi 19 % artıb
Biznes12:31
İntizam Komitəsi Azərbaycan Kubokunun oyununa çıxmayan komandaya texniki məğlubiyyət verib
Futbol12:28
Naxçıvanda orta aylıq əməkhaqqı 5 % artıb
Maliyyə12:27
Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyən müəllimlərin imtahan verməsi qaydası dəyişir
Milli Məclis12:24
Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb
Maliyyə12:21
Azərbaycan Böyük Britaniyadan mal ətinin idxalını bərpa edib
Biznes12:19