Baş nazir: Gürcüstan ABŞ ilə münasibətləri "təmiz səhifə"dən bərpa etmək niyyətindədir

Region
  • 11 oktyabr, 2025
  • 16:16
Baş nazir: Gürcüstan ABŞ ilə münasibətləri təmiz səhifədən bərpa etmək niyyətindədir

Hökumət ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" əsasında bərpa etmək niyyətindədir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir "Dost Aktı"na da toxunaraq qeyd edib ki, proses məhz bu şəkildə həyata keçirilməlidir:

"Biz ABŞ ilə münasibətləri "təmiz səhifə"dən və konkret "yol xəritəsi" ilə bərpa etmək niyyətimizi açıq şəkildə bəyan etmişik. Əsas məsələ odur ki, bu istiqamətdə real və səmərəli addımlar atılsın. Belə yanaşma münasibətlərin yenidən başlanmasına xidmət edir. Biz səbirlə Amerika tərəfinin mövqeyini gözləyəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti