"Axios": Tramp və Zelenski "Tomaqavk" raketlərinin tədarükünü müzakirə ediblər

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 19:08
Axios: Tramp və Zelenski Tomaqavk raketlərinin tədarükünü müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığında "Tomaqavk" qanadlı raketlərinin Kiyevə ötürülməsi imkanını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Mənbələrinin bildirdiyinə görə, Tramp və Zelenski şənbə günü əvvəllər Ukraynanın uzaqmənzilli "Tomaqavk" raketləri alması ehtimalını müzakirə ediblər.

Nəşr Amerika tərəfinin bununla bağlı hər hansı yekun qərar verib-vermədiyi barədə yazmayıb.

Mənbə qeyd edib ki, söhbət təxminən 30 dəqiqə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti