"AFB Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 19 fevral, 2026
  • 11:26
AFB Bankın səhmdarlarının yığıncağı keçiriləcək

Aprelin 3-də, saat 10:00-da "AFB Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "AFB Bank"ın 2025-ci il üzrə idarəetmə və kənar auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti