Almatı–Astana reysi ilə uçan təyyarə salondakı tüstülənmə səbəbindən hava limanına geri dönüb
Region
- 17 dekabr, 2025
- 09:26
Almatı-Astana reysi ilə uçan "Air Astana" aviaşirkətinə məxsus "Airbus А321N EI-KDG" sərnişin təyyarəsi salonda baş verən tüstülənmə səbəbindən qalxdığı hava limanına geri qayıdıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, sərnişinlər və ekipaj arasında xəsarət alanlar yoxdur.
"Eniş saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Almatı hava limanının yanğın və xilasetmə xidmətləri cəlb edilib. Nəqliyyat hadisələri və insidentlərin təhqiqatı departamentinin əməkdaşları ətraflı araşdırma aparırlar", - məlumatda qeyd olunub.
Son xəbərlər
13:05
"AzFina": Yaşlı nəsil hələ də banklara etibar etmir
Maliyyə13:04
SOCAR və "MOL Group" Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb
Energetika13:02
Tacikistan Rusiyada 10 yaşlı məktəblinin qətlinin araşdırılmasını tələb edir
Digər ölkələr13:01
Azərbaycanda SWIFT-ə alternativ mexanizm yaradılır
Maliyyə12:58
AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Maliyyə12:57
NATO Baş katibinin müavini Ermənistana səfər edəcək
Region12:55
Foto
Video
İlham Əliyev Əbu-Dabidə bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət12:55
Qırğızıstan Prezidenti parlament seçkilərində məcburi iştirak haqqında qanun layihəsini təklif edib
Digər ölkələr12:54