"AzFina": Yaşlı nəsil hələ də banklara etibar etmir

Maliyyə
  • 17 dekabr, 2025
  • 13:05
AzFina: Yaşlı nəsil hələ də banklara etibar etmir

Azərbaycanda yaşlı nəsil hələ də banklara etibar etmir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev AMCHAM-ın təşkil etdiyi "Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik" tədbirində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun ölkədə təxminən 10 milyard ABŞ dolları vəsaitin "yastıq altında" olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda banklar və digər maliyyə institutları əhalinin əlində olan vəsaitin toplanılması üçün kifayət qədər yaxşı alətlərə malik deyillər: "Maliyyə inklüzivliyi ilə bağlı əsas məsələ pulun böyük bir hissəsinin nağd şəkildə olmasıdır. 17 milyard manat vəsait nağd şəkildə insanların evlərində, marketlərin kassalarında və digər yerlərdədir. Bu o deməkdir ki, banklar və mövcud maliyyə institutları insanları investisiyaya cəlb edə, bu vəsaitləri toplaya bilmirlər. Əlbəttə, bazarda təxminən 6-7 milyard manat nağd pul olmalıdır, çünki buna ehtiyacımız var. Lakin qalan 10-11 milyard manat insanlardan (dövriyyədən) toplanılmalıdır. Bu məsələdə əsas tətikləyici amillərdən biri etibardır. İnsanlarımızın 30 il əvvəldən, "Vahid Bank" və bu kimi hallardan qalan bəzi pis təcrübələri var. Buna görə də yaşlı nəsil hələ də banklara etibar etmir".

Son xəbərlər

Bütün Xəbər Lenti