Badara sakini: Doğma kəndə qayıdacağımıza həmişə inanmışıq

Daxili siyasət
  • 13 noyabr, 2025
  • 13:55
Badara sakini: Doğma kəndə qayıdacağımıza həmişə inanmışıq

Bütün sakinlər doğma kəndə qayıdacaqlarına hər zaman inanırdılar.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Badara kənd sakini Ayna Behbudova deyib.

O, kəndi tərk edərkən çox əziyyət çəkdiklərini bildirib:

"Sağ qalacağımıza ümidimiz yox idi. Çünki kəndimiz hər tərəfdən mühasirəyə alınmışdı. Ancaq bütün çətinliklərə dözdük və bu gün övladlarımla birlikdə geri dönürük. Həyat yoldaşım da döyüşlərdə iştirak edib. Kəndə qayıtmağı çox arzulasa da, ömrü buna yetmədi. Badaraya dönəcəyimizə həmişə inanmışıq. Tək ona üzülürəm ki, bu inamla yaşayanların əksəriyyəti indiki sevincli günümüzü görmədilər".

Son xəbərlər

Bütün Xəbər Lenti