Aİ Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı hələ qərar verməyib
Region
- 01 oktyabr, 2025
- 15:50
Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərləri hələlik Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın ehtiyacları üçün istifadəsi ideyası barədə ümumi fikrə gəlməyib.
"Report" xəbər verir ki, bunu Kopenhagendə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
"Aİ ölkələrinin heç də hamısı planla razı deyil. Bizim hələ çox işimiz var", - o bildirib.
Eyni zamanda, K.Kallas hazırkı vəziyyətdə qərar qəbul edilməsi üçün son tarix təyin etmək istəmədiyini qeyd edib.
"Mümkün qədər tez işləməyə çalışacağıq", - Aİ-nin ali nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, 1-2 oktyabrda Kopenhagendə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü, sonra isə Avropa Siyasi Birliyinin 7-ci sammiti keçiriləcək.
Son xəbərlər
20:48
Bosfor boğazı yaxınlığında partlayan tankerin minaya toxunduğu ehtimal edilir – YENİLƏNİB
Digər ölkələr20:26
Ukrayna Rusiyanın 30 vətəndaşını geri qaytarıb
Digər ölkələr20:23
Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb
Futbol20:14
Foto
Şəhid ailələrinin övladları üçün kosmos və texnologiya sahəsində qış düşərgəsi təşkil olunur
Fərdi20:05
Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə 25,7 min dollar ödəniləcək
Digər ölkələr19:54
Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər
Region19:48
ABŞ ilə danışıqlarda Ukraynanı kimlərin təmsil edəcəyi məlum olub
Digər ölkələr19:35
Andrey Yermak istefa verib
Digər ölkələr19:31