Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir

Qarabağ
  • 22 noyabr, 2020
  • 07:55
Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir
Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.

"Report" xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın işğal dövründə Füzulidə törətdiyi dağıntıların miqyasını qiymətləndirməlidir”.

O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar.