Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Qarabağ
  • 26 dekabr, 2025
  • 14:08
Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Xocalı rayonunun Seyidbəyli kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 11 ailə (48 nəfər) köçürülüb.

Köç edən ailələr bu gün yeni mənzillərinə yerləşdirilib.

Mənzillərin açarlarının təqdimatı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov sakinlərə kənddə görülən işlər barədə məlumat verərək bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.

Qeyd edək ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.

Növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 11 ailə (48 nəfər) köçürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti