DÇ-2026: Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-10

Futbol
  • 04 iyul, 2026
  • 04:44
DÇ-2026: Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-10

Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.

Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.

Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununun əlavə vaxtında daha bir qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında argentinalılar yenidən hesabda irəli çıxıblar - 3:2.

111-ci dəqiqədə Kabo Verdenin heyətində Diney topu öz qapısına göndərib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununun əlavə vaxtında daha bir qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Kabo Verde hesabda hesabı bərabərləşdirib - 2:2.

103-cü dəqiqədə Sidni Kabral dəqiq zərbə müəllifi olub.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununun əlavə vaxtında qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında argentinalılar hesabda irəli çıxıblar - 2:1.

92-ci dəqiqədə Lisandro Martines fərqlənib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında əlavə vaxt oynanılır.

Əgər burada da qalib müəyyənləşməsə penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında əlavə vaxt oynanılacaq.

Əgər burada da qalib müəyyənləşməsə penaltilər seriyasına ehtiyac duyulacaq.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Kabo Verde hesabı bərabərləşdirib - 1:1.

59-cu dəqiqədə Deroy Duarte fərqlənib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında argentinalılar hesabda öndədirlər - 1:0.

29-cu dəqiqədə Lionel Messi fərqlənib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununda ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında argentinalılar hesabda öndədirlər - 1:0.

29-cu dəqiqədə Lionel Messi fərqlənib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında argentinalılar hesabda önə keçiblər - 1:0.

29-cu dəqiqədə Lionel Messi fərqlənib.

Futbol üzrə dünya çempionatının Argentina - Kabo Verde oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Mayami stadionunda keçirilir.

Qarşılaşmanı kanadalı FIFA referisi Dryu Fişer idarə edir.