Kəmaləddin Heydərov Gəncədə ermənilərin raket zərbələri endirdiyi ərazilərə baş çəkib
Qarabağ
- 13 oktyabr, 2020
- 08:16

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 13-də Gəncə şəhərinə səfər edib.
"Report"un Qərb Mərkəzi xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.
Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq əhalinin təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.
Son xəbərlər
09:45
"Tottenhem"in sabiq baş məşqçisi Almaniya klubunda işləyə bilər
Futbol09:43
Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 1 milyard dollar göndərilib
Digər ölkələr09:40
ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə üçün Ermənistana gedəcəklər
Region09:37
Foto
Azərbaycan və Peru XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət09:35
İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
İnfrastruktur09:33
Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib
Digər09:29
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Energetika09:25
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
Fərdi09:20