Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib

Digər
  • 04 sentyabr, 2025
  • 09:33
Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatına iddia etmədiyini bildirib.

"Report" xəbər verir ki, "CBS News"a müsahibəsində ABŞ lideri "sadəcə həyatları xilas etmək istədiyini" vurğulayıb.

"Mənim edə biləcəyim yeganə şey müharibələri dayandırmaqdır. Mən diqqət axtarmıram. Mən sadəcə həyatları xilas etmək istəyirəm", - D.Tramp bildirib.