Bölgələrdə sahibsiz heyvanlar üçün sığınacaqlar tikilməsi təklif olunur
- 06 noyabr, 2025
- 13:44
Bölgələrdə sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və onların peyvəndlənməsi təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
Onun sözlərinə görə, Bakıda bununla bağlı problem öz həllini tapıb:
"Ancaq bölgələrdə problem hələ də qalmaqdadır. Bu baxımdam hesab edirəm ki, bölgələrdə sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və onların peyvəndlənməsinin dövlət hesabına həyata keçirilməsi yaxşı olar. Ona görə də büdcədən vəsait ayrılmasını təklif edirəm. Çünki Bakı Şəhər İcra Halimiyyətinə pul ayrılıb, digərlərinə yox".