Azərbaycanda hakimlərin sayı 720 nəfərə çatdırıla bilər

Milli Məclis
  • 24 oktyabr, 2025
  • 11:48
Azərbaycanda hakimlərin sayı 720 nəfərə çatdırıla bilər

Gələn ilin əvvəlinə qədər hakimlərin sayının 720 nəfərə çatdırılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hazırda məhkəmə sistemində 645 nəfər hakim fəaliyyət göstərir, onlardan 175-i qadındır:

"Dövlət başçısının 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanından sonrakı dövrdə 2500-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib, onlardan 254 nəfəri uğurla nəticə göstərərək birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin edilib. 2019-cu ilədək təyin olunmuş 415 hakimin cəmi 63 nəfəri (15,1 %) qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri (46,9 %) qadındır".

Son xəbərlər

Bütün Xəbər Lenti