"Turan Tovuz"un Türkiyəyə yola düşəcəyi tarix müəyyənləşib

Futbol
  • 25 dekabr, 2025
  • 18:13
Turan Tovuzun Türkiyəyə yola düşəcəyi tarix müəyyənləşib

"Turan Tovuz" qış təlim-məşq toplanışı üçün Türkiyəyə yanvarın 4-də yola düşəcək.

Klubdan "Report"a verilən məlumata görə, komanda Antalyanın Belek bölgəsində məskunlaşacaq.

Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək. Baş məşqçi Kurban Berdıyev toplanışda 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Rəqiblərin adları və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti