Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək
- 24 sentyabr, 2025
- 13:00

Azərbaycan və Serbiyanın siyasi əlaqələri nümunə təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə brifinqdə danışıb.
Onun sözlərinə görə, Azərbaycan və Serbiya arasında əməkdaşlıq əlaqələri iki ölkə ortaq baxışa sahib olduqlarına görə yaxındır:
"Səfərimin məqsədi iqtisadi, siyasi və parlamentlərarası əlaqələrin gücləndirilməsinə xidmət etməkdir. Bizim ikitərəfli əlaqələrimiz nümunə təşkil edir".
A.Brnabiç deyib ki, dövlət rəsmiləri çərçivəsində baş tutan qarşılıqlı səfərlər münasibətləri daha da sıxlaşdırıb:
"Gələcəkdə Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının Belqradda iclası keçiriləcək və Prezident İlham Əliyevin ölkəmizə səfərə gələcəyinə ümid edirik".