İcraçı direktor: "The oligarch's design" sənədli filmində Ermənistandan üç müsahib danışdırmışıq
- 19 dekabr, 2025
- 19:14
"The oligarch's design" sənədli filmində Ermənistandan üç müsahib danışdırılıb.
"Report" xəbər verir ki, bunu "AnewZ" TV-nin icraçı direktoru Rüfət Həmzəyev telekanalın "The oligarch's design" sənədli filminin nümayişindən öncə deyib.
O, çəkiliş prosesinin 11 ay davam etdiyini və film üzərində 100-ə yaxın əməkdaşın çalışdığıını qeyd edib:
"Çəkilişlər 8 ölkədə aparılıb, onların içərisində Ermənistan da var. Sənədli filmdə Ermənistandan üç müsahib danışdırmışıq".
R.Həmzəyevin sözlərinə görə, bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün parametrlərini özündə əks etdirir:
"Burada humanist fəaliyyət adı altında siyasi təsir gücünün nümayişi kimi məqamlara toxunulub - təbii ki, söhbət Ruben Vardanyanın fəaliyyətindən gedir. Yəni onun yaratmaq istədiyi obraz və əməllərinin ortaya çıxardığı başqa obrazı var".