"Global Media Group" şirkətlər qrupunun 8 yaşı tamam olur

Media
  • 08 dekabr, 2025
  • 09:30
Global Media Group şirkətlər qrupunun 8 yaşı tamam olur

Bu gün "Global Media Group" şirkətlər qrupunun 8 yaşı tamam olur.

"Report" xəbər verir ki, şirkətlər qrupu 2017-ci ildən fəaliyyətə başlayıb.

Qeyd edək ki, "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. Media qrupu özündə "Haber Global" və Baku TV telekanallarını, "Report" informasiya agentliyini , Oxu.Az, Baku.ws, Caliber.az, Media.az və PhotoStock.az xəbər portallarını, Azərbaycan və rus dilində nəşr olunan "Kaspi" və "Kaspiy" qəzetlərini və Global Management-i birləşdirir.

Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan "Global Media Group" ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyini nümayiş etdirib. "Global Media Group"un tərkibinə daxil olan "Global Management", "Report" İnformasiya Agentliyi, Baku TV və Oxu.Az şirkətlərinin hər biri keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.

"Report" kollektivi olaraq "Global Media Group"u təbrik edir, uğurlar arzulayırıq!

Son xəbərlər

Bütün Xəbər Lenti