Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son durumu açıqlanıb - YENİLƏNİB
- 02 aprel, 2026
- 21:13
Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son vəziyyəti məlum olub.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2026-cı il tarixində saat 08:30 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.
Biləsuvar rayonunda azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Rayon sakini, 10 yaşlı Y.Q məktəbə gedən zaman it ona hücum edib. Nəticədə azyaşlı ayaq nahiyəsindən xəsarət alıb.
Yaralıya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında quduzluğa qarşı vaksin vurulub.