Azərbaycanlı jurnalistlər Xarəzmdə regionun ən məşhur tarixi turizm məkanını ziyarət ediblər

Media
  • 06 noyabr, 2025
  • 13:34
Azərbaycanlı jurnalistlər Xarəzmdə regionun ən məşhur tarixi turizm məkanını ziyarət ediblər

Özbəkistana media-tur çərçivəsində azərbaycanlı jurnalistlər Xarəzm vilayətinin Urgənc rayonunda yerləşən "Ulli Hovli" tarixi-turizm kompleksini ziyarət ediblər.

"Report"un müxbiri xəbər verir ki, adı "Böyük həyət" kimi tərcümə olunan kompleks regionun məşhur turizm məkanlarından biridir və xarəzmlilərin ənənəvi həyat tərzini əks etdirir.

Tarixi mənbələr göstərir ki, bu məkanda ilk yaşayış məskəni XVII əsrdə Xivə və Urgənc arasındakı karvan yollarında möhkəmləndirilmiş məntəqə kimi yaranıb.

Son illərdə kompleksin ərazisi abadlaşdırılıb və turistlərin qəbulu üçün uyğunlaşdırılıb - burada sənətkarlıq emalatxanaları, istirahət zonaları, etnoqrafik ekspozisiya və Xarəzmin məişət ənənələrini əks etdirən düşərgə yaradılıb.

Burada dulusçuluq, xalçaçılıq, ağac oyma və milli tikmə ustaları çalışırlar.

Ziyarət əsnasında jurnalistlər kompleksin infrastrukturu ilə tanış olub, sənətkarlıq emalatxanalarında və etnoqrafik salonlarda olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti