Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlıq müzakirə olunub

Media
  • 29 sentyabr, 2025
  • 18:21
Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.

İ.Səttarov "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib, belə tədbirlərin iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycanla ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsinin əhəmiyyətinə toxunan Audiovizual Şuranın sədri bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları, o cümlədən yayımçılar arasında əməkdaşlıq sürətlə inkişaf edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri, Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. Media sahəsində birgə layihələrin icrası üçün geniş potensialın olduğunu qeyd edən Dilşod Saidjanov bildirib ki, qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi münasibətlərin dərinləşməsində çox böyük rol oynayır.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti