Azərbaycanın daha bir samboçusu medal qazanıb - YENİLƏNİB-3
- 29 sentyabr, 2025
- 18:41

Azərbaycan samboçusu Sadiq Nadirov (79 kq) III MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Nurdaulet Koşerbayla üz-üzə gəlib.
Rəqibini məğlub edən Nadirov bürünc mükafata sahib çıxıb.
Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Rəhimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın daha bir samboçusu III MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bu dəfə Rüstəm Qasımzadə (58 kq) gümüş mükafatla kifayətlənib.
O, finalda Rusiya təmsilçisi İsmail Maxozevə məğlub olub.
Azərbaycanın daha bir təmsilçisi III MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.
O, finalda özbəkistanlı Qamzat Maksetbayevi məğlub edib.
Bu, Azərbaycanın turnirdə ilk qızıl medalıdır.