Xalq artisti Ramiz Quliyev vəfat edib
Mədəniyyət siyasəti
- 15 oktyabr, 2025
- 10:05
Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Bu barədə "Report"a oğlu Əyyub Quliyev məlumat verib.
Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.
Son xəbərlər
10:30
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
Maliyyə10:28
Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürüb
Hadisə10:28
ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb
İnfrastruktur10:28
Mürsəl İbrahimov Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək
Daxili siyasət10:27
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb
Komanda10:21
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
İnfrastruktur10:20
Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib
Sosial müdafiə10:19
AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq
Elm və təhsil10:14