"Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda panel müzakirə keçirilib

Mədəniyyət siyasəti
  • 26 sentyabr, 2025
  • 12:27
Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə adlı Beynəlxalq Forumda panel müzakirə keçirilib

Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda "Üzeyir Hacıbəylinin yaradıcılığında Şərq və Qərb sintezi" adlı panel müzakirə keçirilib.

"Report"un məlumatına görə, panel sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundovanın moderatorluğu ilə baş tutub.

Çıxış edən Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqisinin elmi əsaslarını formalaşdırmasından bəhs edib.

Əməkdar incəsənət xadimi professor Zümrüd Dadaşzadə bəstəkarın pedaqoji və nəzəri fəaliyyətinə toxunub. O, bəstəkarın yaratdığı məktəbin bu gün də yeni nəsil musiqiçilərin yetişməsində mühüm rol oynadığına xüsusi diqqət çəkib.

Beynəlxalq Ənənəvi Musiqi və Rəqs Şurasının sədri Abdullah Akat isə Hacıbəyli irsinin Şərqlə Qərbin musiqi körpüsünə çevrildiyini vurğulayıb.

O, bunu Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanınmasında əsas amillərdən biri adlandırıb.

Bəstəkar və publisist Elmir Mirzəyev də, öz növbəsində, Üzeyir Hacıbəylinin müasir musiqiçilərə tükənməz ilham mənbəyi olduğunu bildirib.

Bəstəkar "Koroğlu" operasının Berlində səhnəyə qoyulmasının ən böyük arzularından biri olduğunu qeyd edib. O, bu operanın Avropa səhnələrini fəth eləyəciyinə inamını ifafə edib.

Panel ümumi müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti