Marneulidə Azərbaycan Milli Musiqi Günü qeyd olunacaq
Mədəniyyət siyasəti
- 17 sentyabr, 2025
- 11:24
Gürcüstanın Marneuli rayonunda Azərbaycan mədəniyyətinə həsr olunmuş genişmiqyaslı tədbir keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sentyabrın 18-də saat 15:00-da Marneuli Mədəniyyət Evində baş tutacaq tədbir Azərbaycan Milli Musiqi Gününə həsr olunacaq.
Musiqili gecə "İnkişaf və Təhsil Mərkəzi", GASU – Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi və SARAL İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Proqram çərçivəsində milli rəqslər təqdim olunacaq, canlı musiqi ifaları səslənəcək, həmçinin milli musiqi alətlərinin sərgisi nümayiş etdiriləcək.
Təşkilatçılar bildiriblər ki, tədbirin əsas məqsədi Azərbaycan milli musiqisinin zənginliyini və mədəni irsini tanıtmaq, gənclərdə bu dəyərlərə marağı artırmaqdır.
Son xəbərlər
22:56
Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib
Xarici siyasət22:50
Xəzər sahilində yenidən ölü suitilər aşkar edilib
Digər22:48
Video
Qərbi Azərbaycan Xronikası: XX əsrdə ləğv edilən Balta dərəsi yurdu
Daxili siyasət22:33
Rəşad Sadıqov: "Çalışırdıq ki, "Neftçi" ilə oyun penaltilərə getməsin"
Futbol22:31
ABŞ Maduronun istefası ilə bağlı plan hazırlayır
Digər ölkələr22:22
Bitkoinin qiyməti 91 min dolları keçib
Maliyyə22:10
"Neftçi"nin məşqçisi: "Azarkeşlərdən üzr istəyirəm"
Futbol22:05
Zelenski: Ukrayna indi sülhün bərqərar olmasına əvvəlkindən daha yaxındır
Digər ölkələr22:04