İƏT Mədəniyyət Festivalının tarixi dəyişib
Mədəniyyət siyasəti
- 16 sentyabr, 2025
- 12:52

"İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" tədbirinin keçirilmə tarixi dəyişdirilib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.
Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.
Xatırladaq ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.
Son xəbərlər
14:47
Siyəzəndəki yararsız məktəb gələn il təmir ediləcək - RƏSMİ
Elm və təhsil14:46
Emin İmaməliyev: "Qarabağ" Portuqaliyadan 1 xalla qayıda bilər"
Futbol14:46
Video
Cıdır düzündə Qarabağ atlarının paradı keçirilib
Xarici siyasət14:44
Müşavir: Murad Yegizarovun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir
İncəsənət14:42
Foto
ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub
Elm və təhsil14:42
İpoteka və Kredit Zəmanət Fondu yeni mənzillər almağı planlaşdırır
İnfrastruktur14:40
Foto
Azərbaycan işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
Turizm14:34
KİV: Tramp və Şahbaz Şərif Nyu-Yorkda görüşə bilərlər
Digər ölkələr14:33