Gəncədə Çanaqqala döyüşləri muzeyinin açılışı olub
- 18 oktyabr, 2025
- 12:09

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı, Türkiyə Respublikası Gəncə Baş konsulluğu, Gəncə Şəhər İcra Hakimiyyəti, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibəti ilə Gəncə Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarətə açılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2 iyul 2020-ci il tarixindən etibarən fəaliyyətə başlayaraq, Türkiyənin dörd bir yanında nümayiş etdirilməyə başlanılıb.
Qeyd edək ki, layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu mobil muzey - səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.