Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılışı olub
Mədəniyyət siyasəti
- 14 dekabr, 2025
- 19:47
Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın mədəni irsinə, tarixinə və müasir inkişafına həsr olunmuş fotosərgi təşkil edilib.
Həmçinin Özbəkistanın zəngin mədəni irsini əks etdirən musiqili və rəqs tamaşalarından ibarət konsert proqramı da təqdim olunub.
Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək.
Son xəbərlər
01:26
"Napoli" İtaliya Superkubokunun finalında
Futbol01:13
Tramp: Yaxın zamanda Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq şansı var
Digər ölkələr00:50
"Air Serbia" Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb
Turizm00:05
Xronika: Paşinyanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi "yol xəritəsi"nin hədəfi nədir?
Region23:51
Sərbəst buraxılan Danla Bilic jandarma təşəkkür edib
Region23:44
Foto
Fermerlər Brüsseldə Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Digər ölkələr23:37
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınacaq
Energetika23:20
Fransanın mədəniyyət nazirinin evində korrupsiya işi ilə bağlı axtarış aparılıb
Digər ölkələr23:05