Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb - Yenilənib

Energetika
  • 19 dekabr, 2025
  • 05:32
Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb - Yenilənib

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.

Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Ermənistana yanacaq daşıyan yük qatarı bir neçə saat sonra Böyük Kəsik stansiyasından yola salınacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə bu gecə saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından Gürcüstana doğru hərəkət edəcək.

Yük, Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti