Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında öz stendi ilə təmsil olunub
- 24 noyabr, 2025
- 17:09
"LuxAz" Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası noyabrın 21-23-də Lüksemburq Beynəlxalq Bazarında Azərbaycan stendi ilə təmsil olunub.
"Report"un Avropa bürosunun məlumatına görə, guşə Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyilə nümayiş etdirilib.
Bildirilib ki, Azərbaycan 15 ildir nüfuzlu xeyriyyə yarmarkasında təmsil olunur və ölkənin mədəni irsinin, kulinariyasının, milli dəyərlərinin tanıdılmasına mühüm töhfə verilir.
Vurğulanıb ki, tədbir zamanı Lüksemburqun xarici işlər naziri Xavier Bettel Azərbaycan stendini ziyarət edib və mədəni nümunələr, diasporun fəaliyyəti haqqında maarifləndirilib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan stendinin rəhbəri Seymur Əhmədov builki yarmarkada ilk dəfə Lüksemburq Beynəlxalq Bazarı Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilib.
Xatırladaq ki, Lüksemburq Beynəlxalq Bazarında 63 stend nümayiş etdirilib, tədbirə 40 min nəfərə yaxın ziyarətçi qatılıb.