Vüsal Məsiyev: "Şuşada keçirilən Assambleya sığorta sahəsinin müasirləşməsinə töhfə verəcək"

Maliyyə
  • 14 sentyabr, 2025
  • 15:19
Vüsal Məsiyev: Şuşada keçirilən Assambleya sığorta sahəsinin müasirləşməsinə töhfə verəcək

Türk Dünyası Sığorta Birliyinin I Assambleyasının Şuşada keçirilməsi böyük tarixi və simvolik məna daşıyır.

Bunu "Report"un Şuşaya ezam olunmuş müxbirinə tədbir çərçivəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.

O vurğulayıb ki, tədbir türk dünyasında sığorta sektorunun inkişafı, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platformadır:

"Təcrübə paylaşımı çərçivəsində irəli sürülən innovativ məhsullar və müasir yanaşmalar sığorta bazarının zənginləşməsinə, daha çevik və dayanıqlı həllərin formalaşmasına şərait yaradacaq. Bu da sahənin müasirləşməsinə mühüm töhfə verəcək".

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə İstanbulda təsis edilib. Quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyaları üzv olub. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi qismində qoşulublar.

Birliyin ilk Assambleyası təşkilatın "Yol xəritəsi"nə uyğun olaraq, alfabetik ardıcıllıq əsasında Azərbaycanda keçirilir. Şuşada təşkil olunan Assambleya Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti