UNECE rəsmisi: "Məlumatların idarə olunmasında yeni yanaşmalar vacibdir"

Maliyyə
  • 24 sentyabr, 2025
  • 13:05
UNECE rəsmisi: Məlumatların idarə olunmasında yeni yanaşmalar vacibdir

Statistik ofislərin rolu dəyişir, məlumatların idarə olunmasında yeni yanaşmalar vacibdir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) Statistika şöbəsinin direktoru Tiina Luyqe Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

O, qeyd edib ki, rəsmi statistika sisteminin əsas vəzifəsi yalnız məlumatların istehsalı deyil, həm də bu prosesin səmərəli, etik və beynəlxalq standartlara uyğun həyata keçirilməsidir.

Qonağın sözlərinə görə, milli statistika sistemi çərçivəsində məlumatların idarə olunması və koordinasiyası statistika ofislərinin əsas vəzifələrindən biridir, lakin bunun tətbiqi həmişə asan olmur: "Statistika ofislərində məlumatların idarə olunmasında əsas yanaşmalardan biri ‘yalnız bir dəfə təqdim etmə" prinsipidir. Bu prinsipə əsasən, vətəndaşlar və şirkətlər məlumatları dövlət qurumlarına yalnız bir dəfə təqdim edir və bu məlumatlar qurumlar arasında paylaşılır".

O vurğulayıb ki, məlumatların idarə olunması məsələləri həm ölkələrdə, həm də BMT səviyyəsində geniş müzakirə olunur və statistika ofislərinin bu proseslərdə aktiv iştirak etməsi vacibdir.

T. Luyqe rəsmi statistikaların çoxmənbəli mənbələrdən toplanmasının əhəmiyyətini də qeyd edib: "Mobil operatorlar, kassa aparatları, skaner və smart sayğac məlumatları kimi bəzi böyük məlumat mənbələrində metodlar artıq inkişaf etdirilib və bir çox ölkələr istifadə edir. Sosial şəbəkələrdən əldə edilən məlumatların isə rəsmi statistikada istifadəsi məhduddur".

Son xəbərlər

Bütün Xəbər Lenti