Türkiyə şirkəti: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır

Maliyyə
  • 29 oktyabr, 2025
  • 12:46
Türkiyə şirkəti: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır

Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin "Des-Tech & Affinity Box" şirkətinin baş direktoru Bilal Türkmen Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbiri çərçivəsində bildirib.

Onun sözlərinə görə, sığorta prosesi bütün ölkələrdə oxşar prinsiplərlə işlədiyi üçün Türk dövlətləri arasında ümumi texnoloji baza və anlayış dili yaratmaq mümkündür.

B. Türkmen vurğulayıb ki, gələcəyin uğurlu maliyyə ekosistemi yalnız texnologiya ilə məhdudlaşmamalıdır: "Texnologiya zəruri şərtdir, amma əsas olan işi dərindən bilmək və onu düzgün sistem arxitekturasına çevirmək bacarığıdır. Əsl uğur biznesi anlamaq və onu gələcəyə uyğun dizayn etməkdən keçir".

Son xəbərlər

Bütün Xəbər Lenti