ADSEA-nın qurumu auditor seçib

Maliyyə
  • 02 iyul, 2026
  • 17:46
ADSEA-nın qurumu auditor seçib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsi üzrə beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 395,654 min manat ödəniləcək.