Dəməşqdə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 02 iyul, 2026
  • 17:19
Dəməşqdə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Dəməşqin mərkəzindəki kafedə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.

"Report" Suriyanın SANA dövlət agentliyinə istinadən xəbər verir ki, partlayışın səbəbləri hələ ki, müəyyən edilməyib.

Suriya Səhiyyə Nazirliyinin təcili yardım və təcili tibb xidmətinin direktoru Əhməd əl-Bakurun məlumatına görə, yaralanan 11 nəfər xəstəxanalara çatdırılıb.

Hadisə yerində yanğınsöndürənlər və təcili xidmətlər çalışır.

Suriyanın paytaxtı Dəməşqdə, mərkəzi Hicaz rayonunda, Ədliyyə Sarayı yaxınlığında partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

İlkin məlumata görə, partlayış Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hələ ki, müəyyən edilməyib.

Hadisənin təfərrüatı da dəqiqləşdirilir.