Şuşada Türk Dünyası Sığorta Birliyinin loqo və bayrağı təqdim olunub
- 14 sentyabr, 2025
- 12:13

Türk Dünyası Sığorta Birliyi üçün loqo və bayraq hazırlanıb.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.

Onun sözlərinə görə, Birliyin loqosu 8 guşəli ulduz formasında tərtib edilib ki, bu həm Türk xalqlarının ortaq mədəni irsini, həm də hazırda müstəqil olan 8 Türk dövlətini simvolizə edir. Ulduzun hər guşəsi bu ölkələrin birliyini, əməkdaşlığını və qarşılıqlı tərəfdaşlığını simvolizə edir.
Mavi rəng etibarlılıq, güvən və sabitlik mesajı verərək sığorta sektorunun əsas dəyərlərini əks etdirir. Açıq mavi elementlər isə şəffaflıq və dürüstlüyü vurğulayır. Simmetrik quruluş güc, qarşılıqlı müdafiə və həmrəyliyi ifadə edərək sığortanın mahiyyətinə uyğun hazırlanıb.
