AMB: Son 20 ildə Azərbaycanın valyuta ehtiyatları 38 dəfədən çox artıb

Maliyyə
  • 22 oktyabr, 2025
  • 12:30
AMB: Son 20 ildə Azərbaycanın valyuta ehtiyatları 38 dəfədən çox artıb

Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Əli Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, bu da 37 aylıq mal və xidmət idxalını maliyyəşdirməyə imkan yaradır.

AMB rəsmisi əlavə edib ki, qurumun hökumətlə həyata keçirdiyi siyasətin nəticəsi olaraq, son 20 ildə Azərbaycanda makro-iqtisadi sabitlik təmin edilib, orta illik infilyasiya bir rəqəmli səviyyədə, təxminən 6 % ətrafında saxlanılıb: "Son illər AMB-nin həyata keçirdiyi pul siyasəti ölkədə makro-iqtisadi sabitliyin təmin olunması ilə dayanıqlı iqtisadi artımının dəstəklənməsi arasında optimal balans yaratmağa xidmət edib. Bu, yalnız sabitliyin göstəricisi deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyində qoyulan etibarlı təminatdır".

Ə.Əhmədov qeyd edib ki, AMB-nin maliyyə sabitliyi siyasətinin əsas prioritetlərini isə maliyyə bank sisteminin etimadın qorunması və maliyyə sektorunda idarə etmə potensialının və şoklara qarşı dayanıqlığın artılması təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti