"SOCAR Polymer"in 3 ayda ixrac gəlirləri açıqlanıb

Maliyyə
  • 30 aprel, 2026
  • 12:11
SOCAR Polymerin 3 ayda ixrac gəlirləri açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 57 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayında bildirilir.

Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 2 milyon ABŞ dolları və yaxud 3,4 % azdır.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.