SOCAR-ın əsas səhmdar olduğu bank nizamnamə kapitalını bir qədər də artırır
- 02 sentyabr, 2025
- 11:26

"Azər-Türk Bank" ASC nizamnamə kapitalını daha 21,5 milyon manat və yaxud 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırmağı planlaşdırır.
"Report" Bankdakı mənbəyə istinadən xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1,58 manatdan 2,01 manata çatdırılması hesabına baş tutacaq.
"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
SOCAR "Azər-Türk Bank"ın səhmdarları sırasına bu ilin iyul ayında qoşulub.