Sahil Babayev: "Büdcənin funksional təsnifatının 1/3-i tamamilə nəticə əsaslı mexanizmlə hazırlanıb"

Maliyyə
  • 07 noyabr, 2025
  • 12:22
Sahil Babayev: Büdcənin funksional təsnifatının 1/3-i tamamilə nəticə əsaslı mexanizmlə hazırlanıb

Azərbaycanın dövlət büdcəsinin funksional təsnifatının 12 bölməsinin 4-ü tam şəkildə nəticəəsaslı mexanizmə əsasən tərtib olunmağa başlanılıb.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

"Ümumilikdə, dövlət maliyyəsinin idarə edilməsi sahəsində növbəti ildə islahatlarımız davam edəcək. Həm ortamüddətli xərclər çərçivəsi, həm nəticə əsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı ardıcıl işlər aparılır", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ortamüddətli dövrdə daha 4 bölmənin bu istiqamətə əlavə edilməsi planlaşdırılır: "Beləliklə, 2029-cu ildə büdcənin böyük hissəsinin məhz proqram təsnifatı əsasında proqnozlaşdırılmasını təmin edə biləcəyik. Xərclərin ünvanlı, effektiv, səmərəli və keyfiyyətli icrası üçün xəzinə müşahidəsinin əhatə dairəsi genişləndirilib. Bu, həm bu il, həm də gələn il davam etdiriləcək. Bu ilin 9 ayında büdcənin icrası çərçivəsində xərclərin 99 %-i artıq tam xəzinə müşahidəsi ilə ünvanlı icra edilib".

Son xəbərlər

Bütün Xəbər Lenti