Ayxan Hacızadə: "3+3" formatında növbəti görüş Azərbaycanda keçirilməlidir

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 14:49
Ayxan Hacızadə: 3+3 formatında növbəti görüş Azərbaycanda keçirilməlidir

"3+3" formatında növbəti görüş Azərbaycanda keçirilməlidir.

Bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, "3+3" regional məsləhət platformasının əsas təşəbbüskarı Azərbaycandır:

"2021-ci ilin dekabrən 10-da təsis olunmuş bu mexanizm çərçivəsində indiyə qədər Moskva, Tehran və İstanbul olmaqla 3 görüş keçirilib. Sonuncu dəfə ötən ilin oktyabr ayında İstanbulda keçirilmiş toplantıda ardıcıl olaraq Azərbaycan və Ermənistan tərəfindən müvafiq görüşlərin təşkil olunacağı barədə yekun sənədə müddəa daxil etməyə çalışsaq da, Ermənistan buna qarşı çıxmışdı. Biz hesab edirik ki, bu formatda növbəti görüş Azərbaycanda keçirilməlidir".

A.Hacızadə vacib məqam kimi hesab edir ki, görüşə hazırlıq istiqamətində ciddi iş aparılmalı, tədbirin gündəliyi formalaşmalıdır:

"Bununla yanaşı, bu platformanın yalnız Azərbaycan-Ermənistan və ya Cənubi Qafqaz məsələlərinin müzakirəsi üçün nəzərdə tutulmadığı, bütün iştirakçı ölkələrin məsələlərini əhatə etməsinin zəruriliyi dəfələrlə vurğulanıb və bu mexanizm məhz bunun üçün nəzərdə tutulub".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti