Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib
Maliyyə
- 24 aprel, 2026
- 14:38
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kəlbəcər şəhərində rayon sakinlərini qəbul edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Son xəbərlər
14:36
Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB
Elm və təhsil14:25
Foto
Kürdə suyun artması İmişlinin daha 2 kəndində fəsadlar törədib
Hadisə14:17
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
Hadisə14:04
"Liverpul" Abde Ezzalzulini heyətinə qatmaq istəyir
Futbol14:00
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi13:42
İsrail qırıcıları Livanın cənubunu bombalayıb
Digər ölkələr13:23
Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib
Elm və təhsil13:11
Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib
Xarici siyasət13:02