"Liverpul" Abde Ezzalzulini heyətinə qatmaq istəyir

Futbol
  • 26 aprel, 2026
  • 14:04
Liverpul Abde Ezzalzulini heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Betis"də çıxış edən futbolçu Abde Ezzalzulini heyətinə qatmaq istəyir.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır.

Premyer Liqa klubu mərakeşli oyunçunu yayda transfer etmək niyyətindədir.

Xatırladaq ki, Abde Ezzalzulinin "Betis"lə müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm 38 matçda 12 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.