"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
- 17 oktyabr, 2025
- 09:09

"PAŞA Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 132,837 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % azdır.
9 ay ərzində "PAŞA Bank"ın gəlirləri 597,3 milyon manat (illik müqayisədə 7,8 % çox), xərcləri 407,413 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 17,557 milyon manat (15 % çox), mənfəət vergisi ödəmələri isə 39,493 milyon manat (2,5 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Bank"ın aktivləri 8 milyard 932,496 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur. Bunun 3 milyard 258,95 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,7 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 2,6 % artaraq 7 milyard 936,337 milyon manat, o cümlədən depozit portfeli 1,4 % azalaraq 6 milyard 766,21 milyon manat, balans kapitalı isə 18,8 % artaraq 996,159 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.