Naxçıvanın 2026-cı il büdcəsi təsdiq edilib

Maliyyə
  • 05 yanvar, 2026
  • 10:09
Naxçıvanın 2026-cı il büdcəsi təsdiq edilib

Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi təsdiq edilib.

"Report"un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədov müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, bu il muxtar respublikanın büdcə gəlirləri 483 milyon 178 min manat (o cümlədən, vergi, rüsum və digər ödənişlər 271 milyon 550 min manat, dövlət büdcəsindən daxil olan dotasiya (transfertin yuxarı həddi) 211 milyon 628 min manat), büdcə xərcləri isə 483 milyon 178 min manat proqnozlaşdırılıb.

O cümlədən, il ərzində mərkəzləşdirilmiş gəlirlər 441 milyon 623 min manat, yerli gəlirlər 41 milyon 555 min manat, mərkəzləşdirilmiş xərclər 436 milyon 629 min manat, yerli xərclər isə 46 milyon 549 min manat) məbləğində təsdiq edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti