Naxçıvanda orta aylıq əməkhaqqı 5 % artıb
Maliyyə
- 16 fevral, 2026
- 12:28
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 822 manat olub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 5,1 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 % artaraq 1 103 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Son xəbərlər
14:53
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Maliyyə14:45
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olunub
İKT14:44
Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur
Daxili siyasət14:43
AAA: ABŞ-də benzin İranla münaqişənin başlamasından bəri 1,5 dəfə bahalaşıb
Energetika14:43
Bəxtiyar Ersay "SAHA 2026"da Azərbaycan stendini ziyarət edib
Hərbi14:42
Ələt Azad İqtisadi Zonasında qida emalı layihələrinə investisiya yatırılması ilə bağlı çağırış edilib
ASK14:42
Foto
Qaxda Kürmükoba bayramı qeyd edilib
Mədəniyyət14:41
Foto
"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində
İKT14:39